30 oktyabr 2017 01:12

“WhatsApp”da yeni funksiya - mesajları silmək olar

İstifadəçilərə “WhatsApp” messencerində göndərilmiş mesajları silmək imkanı yaradılıb.

FED.az xəbər verir ki, bu barədə “9to5Mac” bloqu məlumat yayıb. Məlumata görə, funksiya şəxsi və qrup mesajlarını dəstəkləyir. Göndərilmiş mesajdan 7 dəqiqə keçməmiş onu silmək olar və bu halda həmsöhbət "bu mesaj silinib" qeydini görəcək. Bunun üçün ekranda əlavə parametrlərdən ibarət zolaq çıxanadək barmağı mesajın üzərində saxlamaq lazımdır. İstifadəçi səbət nişanının üzərinə basmaqla mesajı silə bilər.

Yeni funksiya “WhatsApp” messencerinin son versiyasında işləyir. Oktyabrın 27-dən etibarən istifadəçilər tədricən bu funksiyadan yararlana biləcəklər.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin