30 oktyabr 2017 00:27

Bakıda 2 yerdə yeni "Bravo" tikilir - ÜNVANLAR

Heydər Əliyev prospektində, “Koroğlu” metro stansiyası yaxınlığında (“Azpetrol” və Milli Gimnastika Arenası arasındakı ərazidə) fəaliyyət göstərəcək hipermarket üçün obyekt tikilir.

FED.az portalı "Marja"ya istinadən xəbər verir ki, “North West Construction LLC (NWC)” şirkətindən verilən məlumata görə, obyekt “Bravo”üçün tikilir.

“Bravo” üçün ikinci obyekt 20 Yanvar dairəsində tikilir. Bu oyektin tikintisi də “North West Construction LLC” şirkəti tərəfindən aparılır. Qeyd olunur ki, hər iki obyektdə “Bravo” hipermarketi yerləşəcəkdir.

Qeyd edək ki, hazırda Bakıda Əhmədli qəsəbəsində “Bravo” hipermarketi fəaliyyət göstərir.






Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz