27 oktyabr 2017 14:10

Türkdilli ölkələrin maliyyə bazarları birləşə bilər

"InvestAZ" investisiya şirkətinin İdarə Heyətinin sədri Elşən Quliyev türkdilli ölkələrin maliyyə bazarlarının birləşməsini təklif edib.

FED.az xəbər verir ki, E.Quliyev bu prosesin çətin olduğunu etiraf edib, lakin mərhələli şəkildə birləşmənin mümkünlüyünü dilə gətirib.

"Türkdilli ölkələr maliyyə bazarlarını birləşdirmək üçün vahid bir platforma qura bilərlər. Əlbəttə, proses asan olmayacaq, lakin mərhələli şəkildə buna nail olmaq olar. Bu proses bir qədər vaxt ala bilər, lakin Avropa praktikasına nəzər salsaq görərik ki, bu, mümkündür", - deyə o vurğulayıb.

Şirkət rəhbəri əlavə edib ki, Azərbaycanla Türkiyənin maliyyə bazarları inteqrasiya prosesindədir: "Hazırda biz bu layihənin reallaşması üzərində işləyirik".

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz