27 oktyabr 2017 12:49

Sabahın havası

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FED.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 11-14° isti, gündüz 18-23° isti, Bakıda gecə 12-14°, gündüz 21-23° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-60% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 18-23° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı gözlənilir.


Xəbərdarlıq

Oktyabrın 28-i gündüzdən ayın sonunadək bəzi rayonlarda qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, 28-i axşamdan 29-u səhərədək ayrı-ayrı yerlərdə arabir yağış yağacağı gözlənilir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz