24 oktyabr 2017 08:49

Fındıqdan 12 milyon manat qazanıblar - YENİ BAĞ SALIRLAR

Bu ilin yaz aylarında Balakəndə 662 hektar sahədə yeni fındıq bağları salınıb. FED.az xəbər verir ki, nu barədə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Turan Dibirov məlumat verib. Payız mövsümündə isə rayon ərazisində daha 1000 hektar sahədə yeni bağların salınması nəzərdə tutulur. Fındıq pöhrələrinin əkiləcəyi ərazilər artıq müəyyənləşdirilib. Əkin kampaniyasına yaxın günlərdə başlanılacaq.

Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 7 min 930 hektardır. Bu bağların 2 min 264 hektarı son iki ildə salınıb. 2016-cı ildə fındıq bağlarından 4 min ton məhsul tədarük olunub. Rayon əhalisi fındıq istehsalından 12 milyon manat gəlir əldə edib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin