20 oktyabr 2017 01:02

“Nokia 7” gəlir - XÜSUSİYYƏTLƏR

“HMD Global” şirkəti Çində orta səviyyəli “Nokia 7” smartfon modelini təqdim edib. Smartfon oktyabrın 24-dən etibarən satışa çıxarılacaq

FED.az xəbər verir ki, şirkətin məlumatına görə, korpusu alüminium çərçivədən ibarət olan smartfon “Full HD” (1920 х 1080 piksel) təsvir ölçülü 5,2 düym diaqonallı ekran, “2.5D” dairəvi haşiyəyə malik “Corning Gorilla Glass 3” şüşə panel, barmaq izi skaneri, 16 meqapikselli əsas və 5 meqapikselli ön kamera ilə təchiz edilib.

Əsas yeniliklərdən biri ön və əsas kameranın eyni anda foto çəkərək “Bothie” rejiminin yaratdığı ikitərəfli “Dual-Sight” çəkilişinin aparılma imkanıdır. Yeni qurğunun aparat əsasını səkkiznüvəli “Qualcomm Snapdragon 630” prosessoru, 4 və ya 6 giqabaytlıq operativ və “microSD” formatlı yaddaş kartları ilə 128 giqabayt tutumadək genişləndirmə imkanına malik 64 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Akkumulyatorun tutumu 3 min milliamper/saata bərabərdir.

Ağ və qara rəng variantlarında satışa çıxarılacaq “Nokia 7” smartfonunun qiyməti yaddaş həcmindən asılı olaraq 376 və 406 dollar təşkil edəcək.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz