19 oktyabr 2017 17:47

"Azərbaycan İpoteka Fondu" kasıb əhalinin xeyrinə olacaq qaydanı təsdiq etməyib

"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) Müşahidə Şurası indiyədək ipoteka kreditləri üzrə zəmanətlərin verilməsi qaydasını təsdiq etməyib".

Bu barədə Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində qeyd edilib. Nəzarət tədbiri 2015-2016-cı illəri əhatə edir.

Sənəddə qeyd olunub ki, AİF-in nizamnaməsinə əsasən, ipoteka kreditləri üzrə zəmanətlərin verilməsi əhalinin aztəminatlı təbəqəsinin ipoteka kreditlərinə olan tələbatının ödənməsi istiqamətində böyük təkan ola bilər ki, bu da qeyd edilən məsələnin aktuallığını şərtləndirmiş olur.

Nizamnamənin 7.6.5-ci bəndi ilə ipoteka kreditləri üzrə zəmanətlərin verilməsi qaydasının təsdiq edilməsi Müşahidə Şurasının səlahiyyətinə aid edilib. Lakin bu günə qədər müvafiq qaydaların hazırlanaraq təsdiq edilməsi təmin olunmayıb. Həmin qaydaların tezliklə hazırlanaraq təsdiq edilməsinin ölkə əhalisinin aztəminatlı hissəsinin ipoteka kreditlərindən yararlanması istiqamətində mühüm addım olacağını hesab edirik.

 

© APA

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin