09 oktyabr 2017 14:05

İqtisadiyyat üzrə Nobelin sahibi məlum olub

2017-ci il iqtisadiyyat üzrə Nobel mükafatının sahibi açıqlanıb.

FED.az xəbər verir ki, APA-nın məlumatına görə, İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata ABŞ-ın Çikaqo Universitetinin alimi Riçard Taler layiq görülüb.

1901-ci ildən təqdim olunan iqtisadiyyat üzrə Nobel mükafatı ötən il ABŞ-ın Harvard Universitetinin professoru Oliver Harta və Massaçusets Ttexnoloji İnstitutunun professoru Benqt Holmstremə verilmişdi.

Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin