Sentyabrda Gürcüstana 151 min Azərbaycan vətəndaşı səfər edib. Bu, ötən illə müqayisədə 15,6 faiz çoxdur.
Cari ilin yanvarından sentyabradək Gürcüstana 5,8 milyon insan səfər edib ki, bu da ötən ilin analoji göstəriciləri ilə müqayisədə 19,2 faiz çoxdur. Səfər edənlərin təxminən 3 milyonu turist olub. Gürcüstanı təkcə sentyabrda 763 mindən çox insan ziyarət edib. Onların da 380 mindən çoxunu turistlər təşkil edib.
Turist axını ilə paralel olaraq Gürcüstanın beynəlxalq turizmdən gəlirləri də artır. Gürcüstan hökumətinin məlumatına görə, səkkiz ay ərzində ölkənin xəzinəsinə təxminən 2 milyon ABŞ dolları daxil olub ki, bu da ötən ilin analoji göstəricisi ilə müqayisədə 29,1 faiz çoxdur.