Cari ilin sentyabr ayında Azərbaycandan Gürcüstana 151 305 nəfər səfər edib.
APA-nın yerli bürosu Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu göstərici ötən ilin sentyabr ayının göstəricisindən 15,6% çoxdur.
Ötən ay Gürcüstana 763 729 nəfər xarici ziyarətçi səfər edib ki, bu da 2016-cı ilin eyni göstəricisi ilə müqayisədə 20,9% çoxdur.
Sentyabr ayında qonşu ölkəyə Azərbaycanla yanaşı ən çox Rusiya (157 318 nəfər), Ermənistan (146 229) və Türkiyədən (119 867) səfər edənlər olub.