19 oktyabr 2016 11:35

Azərbaycan Avrasiya İnkişaf Bankının səhmdarı ola bilər

"Daha 12 ölkə Avrasiya İnkişaf Bankının üzvü olmağa namizəddir". Bunu bankın İdarə Heyətinin sədri Dmitri Pankin "İzvestiya" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, potensial səhmdarlar arasında Azərbaycan da var. Digər 11 namizəd isə Vyetnam, Misir, İsrail, Hindistan, İndoneziya, İran, Monqolustan, Sinqapur, Tayland, Cənubi Koreya və Yaponiyadır.

 

"2017-ci ilin sonunadək  Avrasiya İqtisadi Birliyinin maliyyə sisteminin iştirakçılarının sayının artırılması ilə bağlı müvafiq icazələrin verilməsini istərdik. Böyük ehtimalla, 2018-ci ildə bütün formal prosedurları bitirə bilərik", - deyə D. Pankin bildirib.

 

Onun sözlərinə görə, bankın səhmdarı olmaq istəyən namizədlər seçilərkən ticari və investisiya aktivliyi kimi amillər nəzərə alınıb.
 

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin