29 sentyabr 2017 12:50

Sabaha olan HAVA MƏLUMATI

Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FED.az-a bildirilib ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 17-20, Bakıda gecə 13-15, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz