Sentyabrın 28-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FED.az-a bildirilib ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 14-16, gündüz 17-20, Bakıda gecə 14-16, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə sabah şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 17-22, dağlarda gecə 3-7, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Sabah çətirinizi unutmayın HAVA MƏLUMATI
13:20
27 Sen 2017