27 sentyabr 2017 13:12

"IPhone 8" smartfonlarının satışı gözləniləndən xeyli zəif olub

"Apple" şirkətinin daha əvvəl istehsal etdiyi "IPhone" telefonlarının ilk günlərdə satışları zamanı uzun növbələr müşahidə edildiyi halda, "IPhone 8"-ə maraq çox az olub. FED.az Report-a istinadən xəbər verir ki, Londonda satışların başlamasından bir neçə saat keçsə də, cəmi 7 cihaz satılıb. Sidneydə isə 30 "IPhone 8" satışı həyata keçirilib. Mütəxəssilər satışın zəifləyəcəyini proqnozlaşdırsalar da, bunun bu dərəcədə aşağı olacağını gözləmədiklərini bildirirlər.

Nəticədə, "Apple" şirkətinin kapitallaşması sentyabrın 12-26-da 6,2% və ya 52,2 mlrd. dollar azalıb və 837,5 mlrd. dollardan 785,3 mlrd. dollara düşüb. Mütəxəssilər satışın azalmasına səbəb kimi yeni modeldə real yeniliklərin olmadığını, qiymətin yüksək olmasını və yenilənən "iOS" sisteminin batareyanı çox tez bitirdiyini göstəriblər.

Qeyd edək ki, bəzi mütəxəssilər alıcıların "IPhone X" modelini gözlədiklərini iddia edirlər. Bu model isə noyabr ayının 3-də satışa çıxarıcaq.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin