Bu gecə Azərbaycana payız gəlib.
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də baş verib. Bu gün artıq yay fəsli başa çatır və ölkə ərazisinə payız fəsli daxil olur.
Məlumata görə, bu gün gecə və gündüz bərabərliyi baş verəcək. Bu gündən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalmağa başlayacaq. Gecələrin uzanması dekabrın 21-dək davam edəcək və həmin gün ən uzun gecə olacaq.
Qeyd edək ki, qış fəsli ölkəmizə dekabrın 21-i Bakı vaxtı ilə saat 20:28-də gələcək.