Google şirkəti işəqəbul zamanı niyə universitet dərəcəsinə böyük əhəmiyyət vermir?

Google şirkətinə işəqəbul zamanı kollec və ya universitet dərəcəsinin olub-olmaması o qədər də böyük əhəmiyyət kəsb etmir. Bu şirkət işçilərini seçərkən heç də onların kollec və ya universitet dərəcəsinin olmasını ön plana çəkmir. 

Bəs o zaman belə bir sual yaranır ki, axtarış sisteminin nəhənglərindən biri sayılan belə bir böyük təşkilatda universitet dərəcəsi olmayan və Ivy League məktəblər şəbəkəsinin tələbələri kimi yüksək GPA-ya sahib ərizəçilər necə işə düzəlir? 

Google şirkətinin sədri və işədüzəltmə rəhbəri Laszlo Bock “New York Times” qəzetinə parlaq zəkaya malik ərizəçilər arasından yaxşıların yaxşısını necə seçməsi barədə bir qədər məlumat vermişdir. Nəticəsi isə budur ki, Google şirkəti namizədlərin kollecdə qazandıqları bilik və bacarıqlarını, eləcə də təcrübəsini son dərəcə qiymətləndirir. Lakin aldıqları dərəcə onların istedadı və ya güclü xarakteri barədə heç bir şey söyləmir. Şirkət hesab edir ki, istedadlı olmaq üçün kollec və ya universitet dərəcəsinin olmasına heç bir ehtiyac yoxdur. 

“Kollec və ya universitetə getməyən insanlara baxıb onların həyatdakı yolunu müəyyənləşdirməyə kömək etmək çox önəmlidir, çünki belə insanların çoxu müstəsna istedada malik insanlardır. Həmin insanları tapmaq üçün biz əlimizdən gələn hər bir şeyi etməliyik” Bock demişdir.

Bir çox işlərdə universitet dərəcəsinin olması tələb edilir, Google şirkətində isə bu məsələ heç işəgötürmənin rəsmi meyarlarından biri belə sayılmır. Müstəqil kollec kurslarının və peşəkar təlim kurslarının sayının artması bir çox insanlara özlərinə şirkətdə işləmək üçün zəruri olan bütün lazımi bilik və bacarıqlara yiyələnmək və bunları özlərinə öyrətmək, aşılamaq imkanı verir. 

Diplom və ya sertifikat dərəcəsini nümayiş etdirmək yox, bacarıq nümayiş etdirmək önəmlidir.

Kollec və ya universitet dərəcəsinin olması sadəcə bir bilik sertifikatıdır və dünya eksperti olacağınız anlamına gəlmir. Məsələn, jurnalistika üzrə diplom alan şəxs onun nəzəri tərəfləri barədə yaxşı məlumatlanmış ola bilər, lakin sərbəst işləyib bunu təcrübə qazanmaq üçün həmin fakültəni bitirmiş hər kəs tətbiq edə bilərmi? İzdiham qarşısında çıxış edə, şəbəkə/ünsiyyət/əlaqə qura, problemlər barədə maraqlı şəkildə düşünə və ya sınaqlardan keçə bilərmi? Baxın bu artıq bir problem ola bilər, çünki bəziləri ən yaxşı şəkildə qazandığı nəzəri bilikləri təcrübədə tətbiq edir, bəziləri isə bu işdə uğursuz olur və ya heç tətbiq etməyə cəhd belə göstərmirlər. Bu isə nəticədə bəzilərinin aldıqları həmin o dərəcənin kağız parçasından başqa bir şey olmaması anlamına gəlir. Bu misal nəinki jurnalistika, eləcə də digər bütün fakültələrə şamil olunur. 

Məntiq öyrənilməlidir, lakin statistika da hədsiz önəmlidir 

“İnsanlar təbiətən kreativ, yaradıcı varlıqlar olsa da, məntiqi və strukturlaşdırılmış düşüncəyə malik biriləri deyillər. Sonuncu qeyd olunanlar formalaşdırılmalı olan bacarıqlardır. Məsələn, Bock-un da vurğuladığı kimi biznes məktəbində statistika dərsləri çox önəmli yer tutur və bu da onun karyerasında həlledici rol oynamışdır. Məşğələlər zamanı əldə etdiyiniz analitik bacarıqlar dəsti sizi əmək bazarındakı digər çoxsaylı insanlar qrupundan nəzərəçarpan dərəcədə fərqləndirəcəkdir.”

Məntiqi düşüncə tərzi analitik düşüncə tərzi ilə birləşdikdə daha gözəl nəticələr verir və bu zaman məsələlərə daha kreativ şəkildə yanaşmaq mümkün olur. 
Əzmkarlığınızı göstərin və sübut edin

“Bacarıqlı tələbələri həqiqətən də uğurlu tələbələrdən ayıran əlamət bilik deyil, onların hər hansı bir vəziyyətdə və ya işdə göstərdikləri əzmkarlıq və qətiyyətdir” deyə Google şirkətinin sədri cənab Erik Şmidt qeyd etmişdir.

Bəzi insanlar üçün universitet və ya kollec oxumaq asandır. Onlar vaxtlarının bir hissəsini oxumağa, digər hissəsini isə istirahət etməyə, dincəlməyə və ya əylənməyə sərf edirlər. Digər qrup tələbələr isə oxumaq üçün bütün günü öz otaqlarında ekran arxasında və ya kitab oxumaqla keçirir.

Ümumiyyətlə, kollec və ya universitet dərəcəsinin olması həmin tələbələri işəgötürən şirkətlərə onların həqiqətən də ağıllı olub-olmaması, və ya çalışqan olub-olmaması barədə heç nə demir. Aydın məsələdir ki, Google şirkəti də istisna deyildir və seçim apararkən yüksək nailiyyətlər əldə etmiş “tənbəl” şəxslər əvəzinə əzmkar və qətiyyətli şəxslərə üstünlük verilir. 

Kollec və ya universitetdə təhsil alarkən belə bilik və bacarıqlarınız üzərində işləyin 

Bock demir ki, universitetə qəbul olmayın və ya kollecdə oxumayın; əksinə onun dediyi budur ki, oraya nə üçün getdiyinizi anlayın, nəticədə təhsilinizin sizə nə verəcəyi barədə mütləq düşünün və bundan bir fayda çıxarın. Boş və mənasız şəkildə gedib gəlməyin. 

Həm Bock, həm də Schmidt universitet oxumağın önəmli olduğunu düşünür, lakin onlar qeyd edirlər ki, bacarıq və qazanılan təcrübə hər hansı bir kağız parçasından daha vacibdir. Bock bildirir ki, Google şirkətinə işçi seçərkən əsasən daha çox layihələr başa çatdırmış namizədlərə və internatura (universitet təcrübəsi) dövründə çox işlər yerinə yetirmiş tələbələrə üstünlük verilir. 

Burada kollec və ya universitetdə aldığınız təhsil dərəcəsi və ya ixtisas barədə işəqəbul zamanı heç nə soruşulmur. Google və ya digər bu kimi nüfuzlu şirkətlərdə işləmək istəyirsinizsə, o zaman öz ixtisas və ya profilinizə, dərəcənizə deyil, bu dünyada daha çox təsirli işlər görmək üçün əldə etdiyiniz bilik-bacarıqlara və təcrübəyə istinad edin.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin