30 avqust 2017 10:59

Ərdoğanın Azərbaycana səfəri təxirə salındı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb.

FED.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Diplomat səfərin yaxın vaxtlarda baş tutacağını deyib.

Qeyd edək ki, səfər bu il sentyabrın 10-11-də gerçəkləşməliydi.

Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi də nəzərdə tutulurdu.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin