24 avgust 2017 14:22

Gürcüstanda yanacaq bahalaşıb

Gürcüstanda böyük yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsinə malik şirkətlər yanacağın qiymətini artırıb.

FED.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına əsasən, YDM-lərdə 1 litr yanacağın qiyməti 2-5 tetri bahalaşıb.

Şirkətlər qiymət artımını dünya bazarında neftin qiymətinin artması ilə əsaslandırıblar. Bu ayın əvvəlində kiçik YDM şəbəkəsinə malik olan şirkətlər də yanacağın qiymətini 3-5 tetri qaldırmışdı.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin