24 avgust 2017 14:17

Rəşad Sadıqov: "Qarabağ" xalqın komandasıdır

"Qarabağ" xalqın komandasıdır.

FED.az xəbər verir ki, bunu Kopenhagen səfərindən qayıdan "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib.

R.Sadıqov qeyd edib: "Qarabağ” təkcə bizim yox, xalqın komandasıdır. Hansı komandanı təmsil etdiyimizi bilirik. Son damla qanımıza qədər mübarizə apardıq ki, arzumuza çataq".

Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Kopenhagen" komandasına 2:1 hesabı ilə məğlub olsa da, Bakıda ilk oyunda qazanılmış minimal qələbə sayəsində Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin