23 avgust 2017 14:10

Satışda olan bəzi şorların istifadəyə yararsız olduğu aşkarlanıb RƏSMİ (SİYAHI)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 7/19 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ağayev Məlik Balakişi oğlu tərəfindən istehsal edilən yağlılığı 18% olan 400 qramlıq “Saratovka” adlı, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsi, ev 6 ünvanında “Kaspian Prodakşn Layn” MMC tərəfindən istehsal edilən yağlılığı 18% olan 400 qramlıq “Lavanda” adlı, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Bakı-Duz, qeyri-yaşayış sahəsi ünvanında fəaliyyət göstərən fiziki şəxs Ramazanov Mehman Mahir oğlu tərəfindən istehsal edilən yağlılığı 9% olan 400 qramlıq “İsmayıllı” adlı, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu, şossenin sağ tərəfi ünvanında fəaliyyət göstərən fiziki şəxs Məsimov Alim Nəriman oğlu tərəfindən istehsal edilən yağlılığı 18% olan 400 qramlıq “Bərəkət” adlı şorların etiketində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi müəyyən olunub.  

İqtisadiyyat Nazirliyindən FED.az-a bildirilib ki, məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi saxlama müddəti ötmüş və beləliklə də insanların həyat və sağlamlığı üçün təhlükəli malların istehlakçılar tərəfindən istifadəyə yararlı məhsul kimi istifadəsinə şərait yaratmaqla, insanların həyat və sağlamlığına təhlükə yaradır.

Bununla əlaqədar istehsal olunan məhsulların üzərində saxlama müddətinin normativ sənədlərin tələblərinə uyğunlaşdırılması barədə “Kaspian Prodakşn Layn” MMC-yə, fiziki şəxslər Ağayev Məlik Balakişi oğluna, Ramazanov Mehman Mahir oğluna və Məsimov Alim Nəriman oğluna müvafiq göstəriş verilib.

İstehlak bazarında nəzarət tədbirləri davam etdirilir.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin