Avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FED.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, avqustun 2-4-də Abşeron yarımadasında isti hava şəraiti və rütubətliyin nisbətən
çox olması meteohəssas insanlar üçün əlverişsizdir.
Sabaha olan HAVA MƏLUMATI
13:08
1 Avq 2017