10 oktyabr 2016 14:37

Neft İstanbulda keçirilən Ümumdünya Energetika Konqresi ərəfəsində ucuzlaşır

Bazar ertəsi səhər Avropa ticarəti gedişatında neftin qiymətində zəifləmə baş verdi. Treyderlər bu həftə İstanbulda baş tutan Ümumdünya Energetika Konqresində neft istehsalçılarının şərhlərini gözlədikləri üçün neft dörd aylıq maksimum qiymətindən aşağı düşmüşdür.

ICE Futures London birjasında 4:15 ET (08: 15GMT)-də Brent markalı neft dekabr ayında 19 sent və ya 37% ucuzlaşaraq bir bareli 51,74 $ təşkil etdi.

Bir az əvvəl müqavilənin qiyməti 1,2% aşağı düşərək sessiya minimumunun qiymətində, yəni 51,30 dollarda qərarlaşdı. Qeyd edək ki, bu həftə Türkiyədə planlaşdırılmış görüş gedişatında Rusiya Energetika nazirinin şərhlərinin neft hasilatının məhdudlaşdırılması üzrə razılaşmanı sual altına qoyduqdan sonra bu hadisə baş verdi.

Bundan əlavə, İraq və İranın Türkiyədə baş verəcək Ümumdünya Energetika Konqresində iştirak etməyəcəkləri qeyd edilir. Bununla da bu ölkələr istehsalın planlaşdırılmış ixtisarı üçün növbəti maneələri yaratmış olurlar.

İstanbulda baş verəcək konqresdə OPEK-ə sədrlik edən ölkələr: Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Venesuela və Qətərin energetika nazirlərinin iştirak edəcəkləri gözlənilir.

OPEK-in mənbəyindən verilən məlumata əsasən, İstanbulda OPEK və təşkilata daxil olmayan ölkələrin iclası deyil, məhz ikitərəfli görüşün baş verəcəyi gözlənilir.

Keçən ayın sonunda Ümumdünya Energetika Forumu zamanı Əlcəzairdə danışıqlar gedişatında neft ixrac edən ölkələr birliyi gün ərzində 32,5 milyondan 33,0 milyon barelədək istehsalın məhdudiyyəti haqqında razılaşmaya nail oldu. Bu razılaşmaya əsasən, hal-hazırda olan neft hasilatının həcmi, yəni günlük 33,2 milyon barelin həcmi 0,7-2,2% azaldıldı. Bununla belə, bazar analitikləri əvvəlki kimi razılaşmaya, xüsusilə də onun reallaşması ehtimalına şübhə ilə yanaşırlar.

Daha əvvəl OPEK bildirmişdi ki, bu planın təfsilatlarını 30 noyabrda Vyanada keçiriləcək növbəti rəsmi görüşə qədər razılaşdıracaqdır.

Keçən həftənin cümə günü Brent markalı neft fyuçersinin dəyəri 9 iyundan etibarən maksimum qiymətə, yəni 52,84 dollara qədər qalxdı. Keçən həftə neftin qiyməti üçüncü həftəlik artımı ardıcıl olaraq möhkəmləndirərək 1,74$ və ya 3,35% artdı.

Noyabr ayında Nyu York əmtəə birjasında çatdıtılma ilə olan WTI markalı neft 25 sent və ya 0,5% aşağı düşərək bir bareli 49,56$ təşkil etdi. Qeyd edək ki, bu, adı çəkilən neft markasının 1,3% aşağı düşərək 49,15 dollara çatdıqdan sonra müşahidə olundu.

Bazar iştirakçıları əvvəlki kimi ABŞ-ın burğu-qazıntı işlərinin fəallığında, əsasən də onun davam edən yaxşılaşma əlamətləri fonunda fikirlərini cəmləşdiriblər. Cümə günü Baker Hughes-ə əsasən, keçən həftə ABŞ-da burğu quraşdırmalarının sayı 15 həftənin 14-ündə inkişaf göstərmiş və 3 dəfə artaraq 428-ə çatmışdı.

Bəzi analitiklər xəbərdarlıq edirlər ki, hazırkı iclas dünya neft ehtiyatlarının həddindən artıq çoxalma narahatlığını gücləndirərək ABŞ-da şist neftinin istehsalçılarının fəallığına imkan yaradır.

Cümə günü Amerika etalonu öz 4 aylıq maksimumuna, yəni 50,74 dollara çatdı. Son iki həftədə neftin qiymətində bahalaşma müşahidə olunur və həftə ərzində Nyu Yorkda neft fyuçersləri 1,57$ və ya 3,15%-dək artdı.

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin