05 oktyabr 2016 17:41

Forbes ən varlı amerikalılar reytinqini dərc etdi

Amerikanın Forbes saytı 400 ən varlı amerikalının növbəti illik reytinqini dərc etmişdir. Həmin reytinqdə artıq 23-cü dəfədir ki, Microsoft şirkətinin təsisçisi 60 yaşlı Bill Qeyts 81 milyard dollar ilə ilk sırada yer alır. Bu barədə forbes.ru xəbər verir.

Reytinqin ikinci yerində bu il Amazon.com saytının 52 yaşlı rəhbəri və təsisçisi Cef Bezos qərarlaşmışdır. İl ərzində onun var-dövləti 20 milyard dollaradək artmışdır, bu isə istənilən digər amerikalı milyarderin göstəricisindən dəfələrlə artıqdır. Bezosun var-dövləti 67 milyard dollar təşkil edir. Son 15 ildə ilk dəfədir ki, Berkshire Hathaway şirkətinin baş direktoru 86 yaşlı Uorren Baffet ən varlı amerikalıların reytinqində 2-ci yerdə qərarlaşa bilməmişdir. Forbes onun var-dövlətini 65.5 milyard dollar dəyərində qiymətləndirmişdir. 
 

Ən varlı amerikalılar beşliyinə isə Facebook yaradıcısı və rəhbəri 32 yaşlı Mark Zukerberq (var-dövləti - 55.5 milyard dollar təşkil edir), onun ardınca 49.3 milyard dollar var-dövlətlə Oracle təsisçisi 72 yaşlı Larri Ellison daxil olmuşlar.
 

ABŞ-ın top 10 milyarderlər siyahısına bu il Bloomberg agentliyinin baş direktoru 74 yaşlı Maykl Blumberq (45 milyard dollar vəsaitlə), Koch Industries şirkətinin 80 yaşlı baş direktoru Çarlz Kox və onun qardaşı, eyni şirkətin icraçı vitse-prezidenti 76 yaşlı Devid Kox (hər biri 40 milyard dollar vəsaitlə) və Google yaradıcıları 43 yaşlı Larri Peyc (38.5 milyard dollar vəsaitlə) və 43 yaşlı Serqey Brin (37.5 milyard dollar vəsaitlə) daxil olmuşlar.

Bu ilin ən varlı 400 amerikalısı siyahısına 50 amerikalı daxil olmuşdur (keçən ilki ilə müqayisədə 4 rəqəm artıqdır). Onların arasında ən varlısı Wal-Mart şəbəkəsinin təsisçisi Sem Uoltonun qızı 66 yaşlı Elis Uolton olmuşdur. Onun var-dövləti 35.4 milyard dollar dəyərindədir və o, reytinqdə 13-cü yeri tutmuşdur. 

Reytinqdəki ən gənc milyarder Snapchat (sentyabrda Snap adlandırılmışdır) həmtəsisçilərindən biri 26 yaşlı Evan Şpiqel 335-ci yerdə 2.1 milyard dollar vəsaitlə qərarlaşmışdır.

Varlı amerikalı vətəndaşlar reytinqində 10%-dən çox iştirakçı - 42 milyarder -  ABŞ hüdudlarından kənarda anadan olan şəxslərdir. Onların arasında ən varlısı Serqey Brindir, onun valideynləri Serqeyin 6 yaşı olanda SSSR-dən ABŞ-a immiqrasiya etmişdilər. 

Bu il 400 ən varlı amerikalının ümumi var-dövlətinin dəyəri rekord şəklində 2.4 trilyon dollara çatmışdır. Forbes reytinqinin iştirakçılarının var-dövlətlərinin orta dəyəri 6 milyard dollar təşkil edir. Bu ilin reytinqinə düşmək üçün minimal vəsait isə 1.7 milyard dollar idi. 

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin