“TurStat” analitik agentlik Azərbaycandan Rusiyaya turist səfərlərinin sayında azalma olduğunu qeyd edir.
“2017-ci ilin birinci rübündə Azərbaycandan Rusiyaya 181 min turist səfətri həyata keçirilib, bu da bir il öncə olan göstəricidən 16% azdır”, - deyə statistik məlumatda deyilir.
Bütövlükdə, Azərbaycan, cari ilin yanvar-mart aylarında MDB ölkələrindən Rusiyaya ən çox turist səfərlərinin həyata keçirildiyi ilk üçlüyə daxildir.