Mayın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.
FED.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14, gündüz 20-25, Bakıda gecə 12-14, gündüz 23-23 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, mayın 7-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sabaha olan HAVA MƏLUMATI
13:04
4 May 2017