09 sentyabr 2016 17:34

18 saat gümrah saxlayan inanılmaz qəhvə

Avstraliyada 18 saat təsir edən qəhvə icad edilmişdir. Qeyd edək Avstrliyanın Viscous Coffee adlı kafesində verilən həmin qəhvə sizin ayıq qalmanıza kömək edəcəkdir. Sözügedən içki espressodan 80 dəfə güclü təsir edir. 

Kafenin sahibi Stiv Beninqton deyir ki, həmin turbokofe gecə növbələrinə çətinliklə tab gətirən yerli tibb bacılarından biri üçün hazırlanmışdı. Məhz bu içki sayəsində həmin tibb bacısı 3 gün ayıq qalırdı. Hal-hazırda bu möcüzəvi enerji içkisini kafenin bütün ziyarətçiləri dada bilər.

Bu içki 4 espresso, buz və soyuq kofedən dəmlənir və sizi 18 saat gümrah saxlayacaqdır. Qeyd edək ki, adi qəhvə fincanı təxminən 63 mq  kofeindən ibarətdir; baxmayaraq ki, günlük norma 400 mq-a bərabər olmalıdır, bu partladıcı içki növü cəmi 5 qr-dan ibarətdir. Barista hər zaman müştəriləri bu içkinin sağlamlığa təhlükə törədə bilməsi barədə xəbərdarlıq edir, lakin insanlar heç də bunun dadına baxmaqdan imtina etmirlər.

Alimlərin fikirləri bu məsələdə bir-birindən ayrılır. Sözügedən içkinin məhsuldarlığı radikal şəkildə artırmasına baxmayaraq bəzi alimlər bunu içməyi tövsiyyə etmirlər. Həkimlər isə ümumiyyətlə təzyiqi, ürək xəstəlikləri olan insanlara, hamilə qadınlara və uşaqlara bu içkini içməyi qadağan edirlər. Lakin bütün bu mənfi təzadlarına baxmayaraq kofe həvəskarları həmin xəbərdarlıqlara məhəl qoymayaraq daim Viscous Coffee kafesinə baş çəkir və bu içkidən zövq alırlar.


Mənbə: adme.ru

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin