07 sentyabr 2016 17:35

Aşağı qaz qiymətləri və yüksək əmək haqları məktəb xərclərini artırır

FungGlobalRetailandTechnology şirkətinin sədri Debora Veynsviq deyir: “Valideynlər öz övladları üçün məktəb və kollec alış-verişinə başladıqda pərakəndə satış müəssisələri onları kifayət qədər lazımi və zəruri məhsullarla qarşılamağa hazır olmalıdırlar”.
 
FORBES siyahısındakı iştirakçılardan biri olan Veynsviq həmçinin qeyd edir ki, satışların həcmi demək olar rekord həddə çatacaq və 2-3% artacaqdır. Günümüzdə məktəbə gedən şagirdlərin sayı artmışdır və valideynlər də bunun üçün məktəb alış-verişini qabaqcadan etməyi planlaşdırırlar.
 
Deboranın sözlərinə görə əmək haqları artmışdır və əmək bazarı yaxşı vəziyyətdədir. İşsizliyin sayı 4.9%-ə qədər azalmışdır, maaşlar isə 2.6%-dək artmışdır.
 
Yuxarıda deyilənlərə ABŞ-da bir qallonu 2.15 dollara olan orta qaz qiymətlərini də əlavə etsək (qeyd edək ki, keçən il orta qaz qiyməti bir qallon 2.63 dollar idi), alıcılarda alış-verişə xərcləmək üçün bir qədər çox pul olacaqdır.

Debora həmçinin vurğulayır ki, pərakəndə satış müəssisələrində geyim satışının 8.1%, ayaqqabı satışının isə 7.6%-dən çox, məktəb ləvazimatları satışının isə 10.3%-dək artması müşahidə ediləcəkdir.
 
«Burada bir qəər fərqli düşüncə tərzi ilə qarşılaşırıq. Alıcılar özlərini daha əmin və güclü hiss edirlər».

Müştərilər də həmçinin elektronika alacaq və orta hesabla telefon, noutbuk, planşet və s.-yə 107 dollar xərcləyəcəklər. Bununla da elektron qurğuların satışı 10.3% artacaqdır.
 
Veynsviq deyir: “Ümumiyyətlə, pərakəndə satış müəssisələrinin fəaliyyətinin 3 əsas istiqaməti (lokallaşma, müştəri sifarişi əsasında məhsulların hazırlanması, fərdiləşdirmə) sayəsində məktəb alışlarına böyük ümidlər bəslənir”.

Mobil şopinq də sürətli templərlə artmağa davam edir, çünki alıcılar harada daha sərfəli alış-veriş edəcəklərini bilmək istəyirlər. Geolokasiya xidmətlərinin istifadəsi çox rahatdır. Qeyd edək ki, məktəb alış-verişinin üçdə bir hissəsi onlayn şəkildə, yerdə qalan 70-80%-i isə mağazalarda edilir.
 
Əlavə olaraq bildirmək istərdik ki, iki müasir tendensiya da həmçinin məktəb alış-verişlərinin həyata keçirilməsinə təkan verir: birincisi, bir çox müştərilərin alış-verişlərə qarşı biganə yanaşmasına səbəb olan hədsiz isti yay fəsli; ikincisi, yeni mallar üçün bəzi şkaf rəflərini boşaltmağa səbəb olmuş paltarların sortlaşdırılması üzərində cəmlənən fikirlərdir.
 
Bəzi valieynlər məktəb alış-verişini hələ dərs ili başlamazdan bir ay əvvəl etməyə başlamışdır. Bəziləri, yəni təxminən 22 % isə alış-veriş etməzdən əvvəl son günədək gözləyir.
 
Veynsviq bununla əlaqədar deyir ki, orta ailə məktəb alış-verişinə təxminən 673.57 dollar pul xərcləyir, bu isə kollec xərcləri isə birgə satışları 75.8 milyard dollaradək artıracaqdır.
JCPenney və Target kimi alıcılar üçün zəruri məhsul axtarışını nəzərəçarpan dərəcədə yüngülləşdirən mağazalar öz məkanlarında müştərilərinin bütün lazımi və zəruri ehtiyaclarını təmin etməklə ən yaxşı nəticələri əldə edəcəklər. Belə mağazalar alış-veriş prosesini yüngülləşdirməklə yanaşı, eyni zamanda həmin prosesdən zövq almağa da kömək olur.
 
Ticarət mərkəzləri lyuks sinfindən olan digər ticarət obyektləri ilə rəqabət aparır və öz rəqiblərini qabaqlamaq istəyirlər.
 
Debora deyir ki, diskont (endirimli) mağazalar yaxşı fəaliyyət göstərir, çünki hazırki alıcılar brend mallara deyil, daha çox onlara lazım olan, ehtiyaclarını ödəyən mallara üstünlük verirlər. Orta qiymət kateqoriyalı malları təklif edən mağazalar isə sürətlə artan orta sinif üzündən bir sıra maneələrlə üzləşir.
 
ABŞ bu il 54 tax-free şopinq günü təşkil etmişdir, bu isə keçən illə müqayisədə 9 gün daha azdır.
 
Milli Pərakəndə Satış Federasiyasının proqnozuna əsasən K-12 (ABŞ-da məktəbəqədər və tam orta təhsilin bütün səviyyələri) və kollec üçün ümumi xərclərin 75.8 milyard dollara (keçən il sözügedən göstərici 68 milyard dollar təşkil edirdi) çatacağı gözlənilir. Milli Pərakəndə Satış Federasiyasının prezidenti və baş icraçı direktoru Metyu Şey qeyd edir ki, kollecə gedən şagird üçün yeni noutbuk alışı bağçaya gedən uşaq üçün alınan yeni rəngli karandaş dəstindən qat-qat baha başa gəlir.
 
Kanadada yaşayan valideynlər uşaq müavinəti ilə bağlı yeni Kanada proqramı sayəsində məktəb alış-verişlərinə daha çox pul xərcləyə biləcəklər. Bu proqrama əsasən orta ailə büdcəsi ildə 2300 dollaradək artacaqdır. Hazırda 78 amerikan sentinə bərabər olan zəifləmiş kanada dolları onu göstərir ki, əvvəllər Kanada sərhədlərindən kənarda alış-veriş etmək istəyən alıcılar indi artıq öz ölkələrində bu pulu xərcləyə biləcəklər.
 

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin