06 sentyabr 2016 09:55

Azarkeş mədəniyyəti

Azarkeş mədəniyyətinin təbliğinə dəstək məqsədilə Azəri Yurdu Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Mədəni insan modelini etik davranışlar formalaşdırır!” layihəsi çərçivəsində “Azarkeş mədəniyyəti” adlı sosial çarx hazırlanmışdır.

Azarkeşlər üzrə koordinator Kənan Hənifəyevin fikirlərinin yer aldığı sosial çarxda stadiona gələn azarkeşlərin - oyuna gəlib seyirici kimi baxanlara və öz komandasına dəstək üçün gələn fanatlara ayrıldığı bildirilir. Oyun bitdiyi zaman stadion işçilərinin ərazini gəzərkən natəmiz vəziyyətlə qarşılaşdıqlarını – günəbaxan tumları, bilet qırıqları ilə çirkləndirilmiş mənzərə gördüklərini deyir. Öz stadionunu təmiz saxlamaq azarkeşlərin özündən asılıdır fikrini önə çəkən Kənan bəy, bundan əlavə, izləyicilərin oyun zamanı rəqib komandaya qarşı təhqiredici ifadələr səsləndirdiyini, bu halın isə xanımların futbola gəlmə istəyinin qarşısını aldığını vurğulayır.

Sonda koordinator xoş olmayan belə mənzərələrin zaman keçdikcə azalacağına inandığını qeyd edir.



Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz