"VimpelCom" Azərbaycanla danışıq tariflərini iki dəfə artırıb

Rusiyanın "VimpelCom" mobil operatoru Mərkəzi və Şimal-Qərb federal dairəsinin ərazisində bəzi "qonaq tarifləri"nin qiymətini artırıb.

Buna dair məlumat cümə axşamı şirkət tərəfindən dərc edilmişdir. 

MDB ölkələrinə "MDB ölkələri - 2013" tarifləri üçün zənglər bir neçə istiqamət üzrə iki dəfə artırılıb. Belə ki, Azərbaycana zənglərin 1 dəqiqəsinin qiyməti 9 rubldan 18 rubla qədər, yəni 0.22 qəpikdən 0.44 qəpiyə qədər qaldırılıb.

Həmçinin digər MDB ölkələri ilə də 1 dəqiqəlik danışıq dəqiqəsinin tarifi abunəçilər üçün bahalaşdırılmışdır. Bu tariflər:

1) Qazaxıstan, Gürcüstan və Qırğızıstan ilə 5 rubl deyil (0.12 AZN) 12 rubl (0.29) olmuş;

2) Belarusla isə 15 rubldan (0.37 AZN) 25 rubla (0.61) qədər artırılmışdır.


Mənbə: report.az
 

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin