Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) akademik Həsən Əliyevin 110 illik yubileyi ilə bağlı aqromeşə massivi salacaq.
Nazirlikdən verilən xəbərə görə, akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında" prezidentin sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə ETSN-in əmri ilə təsdiq edilmiş "Tədbirlər Planı"na əsasən il ərzində “Həsən Əliyev və Azərbaycan təbiəti” mövzusunda elmi-praktik konfrans, akademik Həsən Əliyev adına 5 nominasiya üzrə müsabiqə, ali və orta təhsil müəssisələrində “Akademik Həsən Əliyev və ətraf mühitin mühafizəsi” adlı seminar-məşğələlər keçiriləcək. Alimin xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlər sırasında “Akademik Həsən Əliyev adına aqromeşə massivi”nin salınması da nəzərdə tutulur.
Qeyd edək ki, “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında" prezident tərəfindən 7 fevral tarixində sərəncam imzalanıb və bu, ölkə rəhbərliyinin Azərbaycanda ekologiya elminin inkişafına sanballı töhfələr vermiş böyük alimin elm və ictimai həyatına verdiyi yüksək qiymətin əyani ifadəsi kimi qiymətləndirilir.