19 avgust 2016 12:06

Instagramda aktiv olmaq niyə sərfəlidir?

Aylıq 500 milyon aktiv istifadəçisi olan və gündəlik 95 milyondan çox şəkil və videonun paylaşıldığı Instagram, günümüzün ən böyük sosial şəbəkələrindən biridir. Bu qədər geniş istifadəçi kütləsinə malik olan bu platforma markaların marketinq metodları üçün mükəmməl bir sahədir.

Markanız üçün Instagram-da nə üçün daha aktiv olmanız üzərindən Buzzoid-in nəşr etdiyi infoqrafa birlikdə nəzər salaq.
Instagram Məlumatları;

  • Aylıq 500 milyondan aktiv istifadəçi
  • Gündəlik 300 milyondan çox aktiv istifadəçi
  • Gündəlik 4.2 milyard bəyənmə
  • Gündəlik 95 milyondan çox şəkil və video paylaşımı
  • Hər dəqiqədə 216.000-dən çox şəkil paylaşımı

Interbrand-in 100 markasından 90%-nın Instagram hesabı var

Interbrand - dünyanın qabaqcıl marka məsləhət şirkətlərindən biridir. Hər il dünyanın ən qiymətli 100 markasının siyahısını dərc edir. Həftəlik 100 şirkətin 80% -i Instagram-da aktiv olur.

Amerikalı istehlakçılar Instagram-a axın edir.

  • Amerikanın ümumi əhalisinin az qala 30% -i Instagram-dan istifadə edir.
  • 77 milyondan çox amerikalı istifadəçi ayda ən azı bir dəfə Instagram-da aktiv olur. 2018-ci ildə bu rəqəmin 100 milyonu keçəcəyi təxmin edilir.
  • 1980-2000 arasında doğulan insanların az qala yarısı Instagram-dan hər gün istifadə edir.
  • İstifadəçilərin cinsiyyət nisbəti isə demək olar ki, eynidir. Kişilər 51%, qadınlar isə 49% ətrafında.

Instagram-da baxılma sayı artmağa davam edir.

İldən ilə paylaşımların baxılma nisbəti 53% artır. Lokasiyalı və hashtag istifadə olunan paylaşımların hər posta görə ortalama bəyənmə və şərh sayı 43-ü keçir. Birdən çox hashtag-ın istifadə edildiyi paylaşımlarda bu rəqəm artır.

  • Markaların73% -i həftədə ən az bir dəfə video və ya fotoşəkil paylaşır.
  • Markaların 54%-i Facebook-un köməyi ilə Instagram hesablarını tanıdır.
  • Təqibçi sayı 100 mindən çox olan markalar 2 ildə 163% böyüdü.

Fotoşəkillərin baxılma nisbəti videodan daha çoxdur. Belə ki, fotoşəkillərin bəyənilməsi ortalama 35 olarkən, videolardaki bəyənmə ortalama 20 olur.

Instagram-da vizual məzmunlar daha yaxşı nəticə göstərir. Çünki;

  • Görüntünün beyində işlənmə sürəti yazıya nisbətən 60.000 dəfə daha çoxdur.
  • İnsanların 40% -i yazıya nəzərən vizual məlumata daha yaxşı cavab verir.
  • Beynə köçürülən məlumatların 90%-i vizual gəlir.
  • İnsan ünsiyyətinin 93%-i sözdən istifadə etmədən reallaşır.

İstifadəçiləriniz görüntüyə daha yaxşı cavab verəcək, çünki insanlar gördüklərinin 80%-ni, oxuduqlarını 20%-ni və eşitdiklərinin 10%-ni xatırlayır.

facemark©

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin