Pərakəndə mağaza biznesləri haqqında 10 vacib fakt

Pərakəndə mağaza biznesləri təchizatçılardan məhsul alıb həmin məhsulları müəyyən bir gəlir qazanmaq məqsədi ilə yenidən satan şirkət hesab edilməlidir. Pərakəndə mağaza biznesi maşınlar kimi bir məhsul sata və ya müştərilərin mini marketlərdə olduğu kimi daim geri dönüş edərək maraqlandığı bir qrup məhsul satışı ilə məşğul ola bilər. Pərakəndə mağaza biznesi onların əməliyyatlarını əks etdirən bir çox əlaməti paylaşır.

Qiymət artırma

Qazanc əldə etmək üçün pərakəndə mağazalar satdıqları məhsulun üzərinə müəyyən qiymət əlavə edirlər. Pərakəndə mağazalarda satılan məhsulların çoxu bazar qiymətindən aşağı qiymətə alınır. Əgər siz satışlarının yaxşı getmədiyi üçün bir bölməni ləğv etmək istəyirsinizsə və ya müştəriləri cəlb etmək üçün bir məhsulun satışına zərərdə belə davam edirsinizsə, o zaman itkiylə üzləşə bilərsiniz.

Rəqabət

Pərakəndə bizneslərin çoxu müəyyən bir formada rəqabətlə üzləşir. Pərakəndə biznes sahibi bilməlidir ki, rəqabət hansı formada mövcuddur və onlar rəqabətədavamlı qalmaq üçün eyni məhsula nə qədər səy göstərməyə hazırdır. Pərakəndə bizneslər rəqiblərini qabaqlamaq və onlarla müqayisədə daha çox satmaq üçün niç və sadiq müştərilər tapmağa ehtiyac duyurlar.

Ehtiyyatların (inventarın) hərəkəti

Əgər siz pərakəndə satış mağazanızda ehtiyyatlarınızı hərəkət etdirmirsinizsə, o zaman pul qazanmırsınız deməkdir. Pərakəndə sənayesində iqtisadi proseslər çox sadədir. Ehtiyyatlar mağazaya daxil olur və mağazadan xaric olur. Hərəkətsiz ehtiyyatlar sizə xərc yaradır, çünki siz onu saxlamalısınız, onu almaq üçün ödəniş etməlisiniz və ehtiyyatları hərəkət etdirməsəniz belə mağazanı açıq saxlamalısınız.

Yerləşmə

Yerləşmə pərakəndə bizneslərin ən çox məşğul olduğu vacib faktorlardan biridir. Sizin yerləşməniz müştərilər üçün əlçatan və rahat olmalıdır. Nəqliyyatın daha sıx olduğu yer sizin biznesinizin daha cəlbedici olmasına şans yaradır. Həmin ərazidə olan rəqabətin dərəcəsi sizin məhsulların satışına təsir edəcək. Sizin seçdiyiniz yer verdiyiniz icarə haqqına da təsir edəcək.

Müştərilər

Pərakəndə mağazaların öz məhsullarını satmaq üçün müştərilərə ehtiyacı var. Yeni və daimi müştərilər olmadan siz uğur qazana bilməzsiniz. Uğurlu pərakəndə mağazalar loyal müştərilərini onların ehtiyac duyduğu, tələb etdiyi məhsullarla təmin edir. Onlar müştərilərin ehtiyaclarına və məhsuldar əlaqələrinə diqqət yetirir.

Əhəmiyyəti

İRS-ə görə pərakəndə satış sənayesi ÜDM-un 10%-i təşkil edir. Pərakəndə biznes cəmiyyətin, millətin və regionun iqtisadi sağlamlığında əhəmiyyətli rol oynayır.

Texnologiya

Bir çox bizneslər kimi pərakəndə biznesə də texnologiyanın inkişafı və onda baş verən dəyişikliklər təsir etmişdir. Satış terminal nöqtələri satışları qeyd edir və balanslaşdırır, debit və kredit odəniş maşınlarına asan çıxış, kompyuterləşdirilmiş ehtiyat yoxlama mexanizmi pərakəndə mağazaların daha səmərəli olmasına təkan vermişdir.

Əməliyyat xərcləri

Pərakəndə mağazalar gəlirləri müəyyən etmək üçün əməliyyat xərclərini nəzərə almalıdır. Binalar və ləvazimatlar hamısı gəliri azaldır. Hazırki texnologiyalar ilə ayaqlaşmaq, xüsusilə müştərilərin asanlıqla əldə edə biləcəyini düşündüyü proqramlar əməliyyat xərclərini artırır.

Heyət

Baxmayaraq ki, pərakəndə mağazaların çoxu özünə xidmət şəbəkəsidir, onlar ticarət əməliyyatların aparılması, rəflərin doldurulması və qapıların açılması üçün işçi heyəti ilə təmin edirlər. Pərakəndə satış heyəti əmin olur ki, müştəri götürdüyü məhsulun pulunu ödəmədən mağazanı tərk etməyibdir. Bir çox pərakəndə mağazalar öz işçi heyətinə bonus və komisyonlar təklif etdiyi halda, digərləri öz işçilərinə çox aşağı əmək haqları ödəyir.

Trendlər

Pərakəndə ticarət dəyişiən demoqrafik və mövsümi eniş-yoxuşlara məruz qalır. Siz əla müştəri xidməti göstərən gözəl bir mağaza aça bilərsiniz, lakin əgər müştərilər artıq sizin məhsullarla maraqlanmırsa, o zaman trendlərlə ayaqlaşmadığınıza və müştərilərin tələblərin qarşılaya bilmədiyinizə görə uğursuzluğa düçar olacaqsınız.


Mənbə: http://smallbusiness.chron.com/

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin