16 avgust 2016 17:45

8 ən fərqli və qəribə startap layihəsi

Uğurlu biznes üçün gözəl ideyaya çevrilə bilən 8 ən fərqli startap layihəsini sizlərə təqdim etmək istərdik.

Yaradıcı startapçılarartıq çoxdan bəri başa düşmüşlər ki, uğurlu qazanc əldə etmək üçün nəinki muasir alətlər olan qadcetləri düşünüb icad etmək, eləcə də bəzi xidmətlər təklif etmək lazımdır.

Burada həyati baxımdan əhəmiyyətli və ya çox orijinal olmasa da 9 biznes ideyanın icmalı sizlərə təqdim edilir. Lakin onlar öz müəlliflərinə çox böyük uğur gətirmiş və hətta onlardan bəziləri hazırda da işləyir. Bəlkə kiminçünsə bu ideyalardan biri gözəl başlanğıc nöqtəsi ola bilər.

1.Ölümdən sonra əbədi rəqəmsal həyat
2010-cu ildə bütün KİV-lərin diqqətini “Intellitar” adlı startap öz üzərinə çəkmişdi. Həmin startap öz istifadəçisilərinə virtual əbədiyyəti vəd edirdi. İntellitar "Ölümsüzlük"ün təmin edilməsi üzrə xidmətlərini insanların rəqəmsal əkizlərini yaradaraq onlara ayda $25-a satırdı. Müştərilər öz şəkillərini təqdim edirdi, daha sonra isə şəxsiyyət testindən keçir və öz səs nümunələrini yazırdı. Sonra öz xatirələrini danışaraq bununla özlərinin elektron avatarlarını öyrədirdilər. Nəticədə, kompyuter ekranında animasiyalı avatar alınırdı ki, hətta həmin insanın ölümündən sonra onun avatarıyla danışmaq mümkün olurdu.

Şirkət 10 000 müştərisi olduqdan sonra 2012-ci ildə bağlanır. Şirkətin bağlanma səbəbi isə əqli mülkiyyət ilə bağlı qaldırılan iddia olur.

 
2.Reklamçılar üçün pəncərələrin kirayəsi
"Add My Window" holland startapıdır. Startap reklam yerləşdirə bilmək üçün insanlara öz pəncərələrini icarəyə vermək imkanı yaradır. Pəncərələrin ölçüsündən və onların yerindən asılı olaraq sahibkarlar şirkət elanlarının onların pəncərəsində yerləşdirilməsinə görə pul kompensasiyası alırlar.

 

3. Bütün onlayn alışlar haqqında ictimai məlumat
Blippy startapı qeyri-adi ideya təklif etmişdir. Bu ideya kredit kartını twitter hesabı ilə əlaqələndirməkdən ibarət idi. Belə ki, kredit kartı vasitəsilə həyata keçirilən hər bir alışı həmin an bütün dostlar görəcəkdi. Bu, ilk baxışda qeyri-adi görünməsə də, əslində bu ideyaya görə Blippy $ 13 milyon dollardan çox pul qazanır. 2010-cu il aprel ayında sayt vasitəsilə kredit kartlarının melumatları ətrafa sızılıb yayılmağa başladı və bundan sonra həmin xidmət bağlandı.

4. $ 20-ı $ 26,99-a satmaq
Amerikada  bir çox avtomatik camaşırxanalar vardır ki, onların içindəki maşınlar qəpikləri 25 sentə qəbul edir. Bəzən elə olur ki, paltarlarınızı yumalısınız və bunun üçün camaşırxanaya gəlirsiniz, lakin cibinizdə 25 sent çatmır. Məhz bu ideya qarşıya qoyularaq Washboard qəpik satan biznes startapı yaradılır. $ 26,99-a  $ 20 məbləğində çoxlu sayda 25 sent almaq olar.

5.İnsan yaşını təxmin eləmək.
Hər hansı bir insandan onun yaşını soruşduqda, əvəzində “tap görüm, təxmin et” kimi cavablar alırıq. Sonra onlara 10 il daha artıq yaş verdikdə onlar inciyirlər. Elə buna görə də Agester saytı  fəaliyyətə 2007-ci ildən başladıqdan sonra uzun müddət keçmədən bağlanır.

6.İnsanın və ya onun sevimli ev heyvanının DNA-sı– sənət əsəri
Genetic İnk şirkəti bor startap buraxdı. Həmin startapa görə müştərilərə DNA yığılması üçün bir dəst göndərilir, həmçinin bu zaman ev heyvanlarından da genetik material nümunəsi götürülə bilər.  Sonradan şirkət həmin DNA nümunələrini öz laboratoriyasında emal edir və onun təsvirindən 17 müxtəlif rəngdə, eləcə də 4 müxtəlif ölçüdə əsl sənət əsərləri – şəkillər yaradır. Şəkillərin qiyməti 30x40 sm ölçüdəki şəkillər üçün $200 dollardan başlayır 90x120 sm ölçüsündə olan kətan şəkillər üçün $ 700 dollara qədər təşkil edir.

7.Kişi eşikağası
2014-cü ildə ManServant xidməti işə düşdü. Bu xidmət qadınlara “onlarla kraliçə kimi rəftar edən”  eşikağası işə götürmək fürsəti verirdi. Bundan əlavə bu xidmətin “jiqolo” xidməti ilə heç bir əlaqəsi yox idi.

8.Adi poçtu skan edib e-mail vasitəsi ilə göndərən startap. 
2013-cü ildə qeyd edilirdi ki, öz poçt qutusuna daxil ola bilməyən müştərilər üçün poçt transfer agentliyi rolunu oynayan xidmətlər təklif edən yeni startap yaradılır. Texasın Ostin şəhərindən olan Outbox şirkəti skan etmə vasitəsilə “bütün kağız poçtu elektron poçt vasitəsilə yollamaq” üsulunu təklif etdi. Bu xidmət sadəcə ayda 4.99 dollara başa gəlir.

 
 
 
                                            

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin