28 iyul 2016 13:52

Marketinq konsepsiyaları

Marketinq sahəsində marketoloqların istifadə etdikləri çoxlu sayda marketinq konsepsiyaları vardır. Həmin konsepsiyaların bəziləri artıq köhnəlib, bəziləri isə hələ də istifadə olunur.
 
İlk növbədə, bütün marketinq aləmində tətbiq və istifadə edilən 3 marketinq anlayışı vardır ki, hər bir marketoloq onları bilməlidir. Bu 3 anlayış: istehsalat, məhsul və satış anlayışlarıdır. Bu marketinq konsepsiyaları bütün diqqətin istehsalat üzərində olduğu bütün sənaye erası boyunca çox faydalı olmuş anlayışlardır. Həmin konsepsiyaları sizin diqqətinizə ayrı-ayrılıqda çatdırmaq istərdik.
 

  • İstehsalat konsepsiyası
Bu konsepsiya əsasən istehsal və ya istehsalat və effektivlik məsələləri ilə əlaqədardır. Bu konsepsiya barədə daha ətraflı məlumat üçün http://www.marketing91.com/production-concept/   linkinə daxil ola bilərsiniz.
 
  • Məhsul konsepsiyası
Bu konsepsiya müştərilərə adi məhsulla müqayisədə daha yaxşı xüsusiyyətlərə, xarakteristikalara, məhsuldarlığa və keyfiyyətə malik məhsul təklif edir. Bu konsepsiya barədə daha ətraflı məlumat üçün http://www.marketing91.com/product-concept/ linkinə daxil ola bilərsiniz.
 
  • Satış konsepsiyası
Bu konsepsiya istehlakçının müqavimət və ya ineriya göstərdiyi məhsulun alınması ilə bağlı məhsulun səmərəli təşviqinə və satışına istiqamətləndirilmiş bir anlayışdır. Satış konsepsiyasının obyekti reallaşdırılması zəruri olan şirkət məhsullarıdır. Bu konsepsiya barədə daha ətraflı məlumat üçün http://www.marketing91.com/selling-concept/ linkinə daxil ola bilərsiniz.
 
Xidmətlər sahəsi artmağa başlayanda, marketinq konsepsiyaları və marketinq konsepsiyalarının kompleksi də işlənib hazırlanmışdır.
 
Marketinq konsepsiyası
 
Bu konsepsiya onu göstərir ki, məhsulun dəyəri olduqda müştəri çox güman o məhsulu ehtiyacı olduğu üçün, tələb və istəyi yarandığı üçün alacaqdır. http://www.marketing91.com/marketing-concept/
 
Kompleks (vahid) marketinq konsepsiyası
 
Bu marketinq konsepsiyası göstərir ki, marketinq sadəcə marketinq departamentinin öhdəliyi və məsuliyyəti deyildir, marketinq eyni zamanda müştərilərlə bağlı hər yerdə və müştərilərlə şirkət arasında əlaqənin qurulduğu bütün hallarda yerinə yetirilməlidir.  http://www.marketing91.com/holistic-marketing-concept/
 
Sosial marketinq konsepsiyası
Bu konsepsiyaya görə təşkilat istehlakçıların və ümumiyyətlə, cəmiyyətin rifah səviyyəsini qaldırmaq və təmin etmək üçün öz hədəf bazarının ehtiyaclarını, istəklərini və maraqlarını qabaqcadan müəyyənləşdirməli, onlara rəqibləri ilə müqayisədə daha səmərəli şəkilddə cavab verməlidir. http://www.marketing91.com/societal-marketing-concept/
 
Yuxarıda adıçəkilən ənənəvi marketinq anlayışlarından başqa, həmçinin uzun illər ərzində işlənib hazırlanmış və marketinqin idarəedilmə əsasları üçün çox vacib olan digər anlayışlar da vardır. Bu anlayışlar olmadan marketinq strategiyası işlənib hazılana bilməz və bu səbəbdən marketinq maksimal effektiv şəkildə işləyə bilməz.

Uzun illər işlənib hazırlanmış digər marketinq konsepsiyaları aşağıdakılardır:

Marketinq kompleksi – məhsullar marketinqinin birləşməsi və ya marketinqin 4P anlayışı

Xidmətlər marketinqinin kompleksi – xidmət marketinqi və ya xidmət marketinqinin 7P anlayışı

Alternativ marketinq kompleksi – marketinq idarəetməsinin 4C anlayışı

Daxili marketinq – daxili müştərilər üçün daxili marketinq razılaşmaları

Münasibətlər marketinqi – daha yaxşı biznes üçün müştərilərlə daha yaxşı əlaqələrin qurulması

İnteqrasiya olunmuş marketinq – müştəri tələblərinə cavab verməkdən ötrü dinamikanın dəyişdirilməsi
 
Beləliklə, ümumən marketinqin idarəedilməsi əsaslarını formalaşdıran bir neçə marketinq konsepsiyası mövcuddur. Bu konsepsiyalardan hər biri marketinq menecerinə öz işini daha yaxşı icra etməyə və işlədiyi şirkət üçün daha yaxşı gələcək qurmağa kömək edir.
 
Mənbə:  www.marketing91.com/

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin