26 iyul 2016 15:20

2021-ci ilədək görə biləcəyiniz inanılmaz yeni texnologiyalar

2016-cı il

Kosmik turizm bir sıra baxımdan əsas istiqamətlərdən biri olacaqdır. Hazırda Beynəlxalq Kosmik Stansiyada əylənmək və ora düşə bilmək 20-30 milyon dollar arasında dəyişir və ya Virgin Galactic şirkəti ilə suborbital kosmik uçuş edə bilmək üçün 200000 dollar məbləğ tələb oluna bilər. Lakin bu bazar bir çoxlarının təsəvvür edə bildiyindən də sürətli şəkildə böyüyür və artır. Space Island,Galactic Suite, və Orbital Technologies kimi şirkətlər 5 il ərzində öz korporativ missiyalarını reallaşdıra bilər və kosmik turizmi bir çox insanlar üçün əlçatan edə bilər və bir kosmik gediş-gəliş üçün qiymətləri 10 min dollara başa gələn turpaketlər hazırlamaq və orbital mehmanxanada 5 günlük qalmaq 1 milyon dollara başa gələn tur paketlər istifadəyə vermək niyyətindədir.

Günəşdən yanma əleyhinə həb. Belə bir həbin istehsal olunması bazarlarda “çevrilişə, partlayışa” səbəb olacaqdır. Belə dərman gözləri və dərini ultrabənövşəyi şüalardan qoruyacaqdır. Günəşdən  qoruyan mərcan riflərin əks reproduksiya (revers-enciniirinq) prosesi vasitəsilə alimlər bu texnologiyanın işlənilməsində əla nəticələr əldə etmişlər və güman edilir ki, bu həbin bazara çıxarılması dünyanın hər yerində günəşdən qoruyan vasitələrin, kremlərin və s.-nin istehsalçıları üçün bu böyük zərbə və narahatlıq olacaqdır.
 
Yun dərili mamontlar yenidən həyata qayıdacaqlar. 2016-cı ildə bu dəyərli varlıqların canlandırılması gözlənilir. Digər nadir və nəsli kəsilmiş heyvanlar siyahısında olan mamontların hər şey qaydasında gedərsə Yaponiyanın Riken Bioloji İnkişaf Mərkəzi tərəfindən cari planlar üzrə həyata qaytarılması gözlənilir.
 
2017-ci il

Yaraları sarıya və bağlaya bilən portativ lazer qələmlər. Fərz edin ki, insanların yerləşdiyi məskəndən 50 mil aralıda səyahət edirsiniz, dağa dırmaşırsınız və bu an birdən sürüşüb yıxılırsınız. Dizləriniz bu zaman dəhşətli dərəcədə qanayır. Lakin yaxınlıqda heç kim, bir canlı belə yoxdur. Yaxın gələcəkdə elə bir qələm icad ediləcəkdir ki, çoxlu qan itirməmək üçün sizə gözəl bir şans verəcəkdir. Bu portativ lazer qələminin yaxın onillikdə istehsal və istifadəyə buraxılması gözlənilir və bu qələm ani məqamda sizin yaralarınızı sarıyacaq və qanaxmanı dayandıracaqdır.
 
2018-ci il

İşıq piki – bu texnologiya super yüksək sürətli məlumat ötürmə metodudur. Bu texnoloji metod gündəlik istehlakçı elektronikasının tərkibində saniyədə 100 giqabaytdan çox, hətta saniyədə terabaytlaradək məlumat ötürməyə qadirdir. Bu üsul imkan verəcəkdir ki, ani məqamda qısa bir saniyələr ərzində istənilən bərk diskdən bütün məlumatlar köçürülsün və hətta baxmayaraq ki, o müddətdə 2 terabaytadək məlumat saxlama gücünə malik standart bərk disklər də mövcud olacaqdır.

Çox kiçik ölçülü (milçək ölçüsündə) robot-xəfiyyələr. Bu, heç də reallıqdan uzaq görünmür. Hazırda hərbçilər “Qeyri-mümkün Tapşırıq” filmindəki kadrlarda da göstərilən bu tipli xırda ölçülü elektron casusun işlənilib hazırlanması prosesi üzərində səylə çalışırlar.

2019-cu il

Orta kompyuterlər insan beyninin gücünə malikdirlər. Bizim istənilən birimizdən fərqli olaraq, gələcək barədə daha yaxşı təsəvvürə malik məşhur amerikalı ixtiraçı və futuroloq Ray Kurzweil-in fikrincə, dönüşlərin sürətləndirilməsi qanunu əvvəlkindən daha sürətli olan və daha yüksək həcmdə hesablama gücünə malik məlumatların alınmasına, tapılmasına və saxlanılmasına gətirib çıxaracaqdır.

Web 3.0 – bu nəyə bənzəyir? Bu, artıq mövcuddur? Əslində, həmişə texnoloji xronologiya nöqteyi-nəzərindən hazırda harada olduğumuzu söyləmək çətindir. Amma fərz etsək ki, Veb 1.0 yalnız hiperlinklər əsasında, Veb 2.0 sosial, istifadəçidən-istifadəçiyə mübadilə olunan linklər (istinadlar) əsasında qurulmuşdur, o zaman Veb 3.0 isə yüksək formada incələnmiş, fərdiləşdirilmiş alqoritmlə nəzarət edilən sosial mənbələrdən alınmış məlumatlar yığımından istifadə edəcəkdir (buna çox vaxt semantik şəbəkə və ya semantik veb də deyirlər). Bu işin yarısı artıq görülmüşdür və lakin bu texnologiya hələ ki özünün tam potensialından nisbətən uzaqdır.   

Nüvə sintezi reaksiyasından alınan enerji – həmişə imkanlarımız çərçivəsindən kənar bir şey kimi görünürdü. Bu, faktiki olaraq çox kiçik bir cisimdən sonsuz sayda enerjinin alınması prosesidir və bu proses 125 milyon dərəcədən artıq temperaturda baş verən reaksiyadan ibarət olan maşın tələb edir. Habelə, cənubi Fransada hazırda termonüvə sintezi reaktoru inşa edilir ki, bu reaktorun 2019-cu ilədək işə düşəcəyi və 2030-cu ilə qədər isə tam həcmdə və tam gücüylə işləyəcəyi gözlənilir.

2020-ci il

Qəzaya uğramayan qəzaya davamlı maşınlar – bu tipli maşınların Volvo konserni tərəfindən istehsal ediləcəyi gözlənilir. Həmin maşınlarda avtoqəzaların qarşısını alan radar, sonar və sürücünü xəbərdaretmə sistemlərinin tətbiq ediləcəyi gözlənilir. Avtomobil qəzalarının gündə milyonlarla adamın ölümünə səbəb olması faktını nəzərə alaraq, bu texnologiya çox böyük rəğbətlə qarşılanacaqdır.

2021-ci il

Beləliklə, 2021-ci ildə hansı yenilikləri gözləməliyik? Tutaq ki, 10 il bundan əvvəl siz bugün üçün nə olacağını gözləyirdiniz? Məsələn, “Friend” (dost) sözünün isimlə yanaşı, fel də olacağını güman edə bilərdinizmi? Və ya 12 yaşlı bacı ya da qardaşınızın gecə saatlarınadək və ya səhərədək sms-lə yazışacağını güman edə bilərdinizmi? Ya da 140-simvoldan ibarət ismarıc sisteminin onilliklərlə davam edən diktatorluq rejiminə qarşı bütün dünyada böyük inqilabi çevriliş edəcəyini, inqilaba səbəb olacağını heç düşünürdünüzmü?

Dəqiq bilirik ki, növbəti on il də məhz belə gözlənilməz əlaqələrin, yeniliklərin dövrü olacaqdır. Bunun da həm real, həm virtual sosial şəbəkələr üzərində qurulacaq bir sistem olması gözlənilir, biz bir-birimizdən uzun müddət uzaqda qalan bütün ideyalarımızı bir yerə toplayıb bu sistemin qurulmasında son dərəcə böyük rol oynayacağıq.

Düşünün ki, Tvitter və digər bu tipli media olmasaydı biz heç ərəb baharının mövcudluğunu bu şəkildə güclü hiss edə bilərdik? Chatroulette olmasaydı, ani olan nə qədər gülüş, sevgi kimi hislər itirilərdi, heç düşündünüzmü?

Qarşılaşacağımız ən böyük dəyişikliklər heç də hansısa bir görünən texnologiya formasında baş verməyəcəkdir. Ən nəzərəçarpan dəyişikliklər hər zaman olduğu kimi bizim daha yaxşı bilib tanıdığımız, lakin ola bilsin ağlımızda və qəlbimizdə heç vaxt tam şəkildə görə bilməyəcəyimiz yerlərdə baş verəcəkdir.
Mənbə: matadornetwork.com  

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin