06 oktyabr 2016 10:45

2016-cı ildə işlənən 7 yeni marketinq trendi

Marketinq daim texnologiya və münasibətlər sahəsində baş verən dəyişikliklərdən asılıdır. Son bir neçə ildə rəqəmsal marketinq nəzərəçarpan transformasiyalara məruz qalmışdır ki, bu da müvafiq çoxsaylı brendlərin çoxalması nəticəsində çox sürətlə artan dəyişikliklərə gətirib çıxarmışdır.
Bəs 2016-cı il üzrə strategiyalarını hazırlamış rəqabətədavamlı marketoloqlar üçün bu nə deməkdir? Brendlər sadəcə əvvəllər istifadə olunan marketinq alətlərindən deyil, yeni və daha uğurlu marketinq vasitələrindən bəhrələnməlidirlər.
Aşağıdakı siyahıda sizlərə marketoloqların 2016-cı ildə daha çox nələrə, hansı trendlərə diqqət yetirməli olduqlarını sadalamışıq.
  1. Münasibətlər (əlaqələr) marketinqi
Bu marketinqin məqsədi tez və qısamüddətli müştəri cəlb etmək və ayrı-ayrı satışlar həyata keçirmək deyil, əksinə nisbətən daha güclü sədaqət (loyallıq, bağlılıq) yaratmaq və uzunmuddətli müştəri cəlb etmək prosesi üzərində fikir cəmləməkdir. Bu isə şirkətlərə öz müştəriləri ilə brendlər vasitəsilə güclü və həssas bağ, əlaqələr yaratmağa  imkan verir və sözügedən proses öz növbəsində şifahi reklam kampaniyaları və aparıcı nəslin köməyilə reallaşır.
Yalnız öz bizneslərini inkişaf etdirən və münasibətlər üzərində fikir cəmləyən marketoloqlar kimi marketinqdə olan inadkar, təkidli və kütləvi-məqsədyönlü yanaşmalar yavaş-yavaş aradan qalxacaqdır. Unutmaq olmaz ki, bütün mühüm əlaqələr etibar üzərində qurulur. Müştərilər və brendlər arasında şəffaflığın təmin edilməsi çox mühüm faktordur və şirkətlər də daim bunu xatırlamalı, eləcə də bu yanaşmanı “münasibətlər taktikasının marketinqi xəritəsi”nə daxil etməlidirlər.
  1. Marketinq avtomatlaşdırılması
Hazırda marketoloqlar öz vaxtlarının 50%-ni kontentlərə sərf edirlər. Buna görə də şirkətlər daha marketinqin avtomatlaşdırılması üsullarını və yollarını tapmağa düşünməyə və tətbiq etməyə çalışırlar. Belə bir tək marketinq avtomatlaşdırılmasının dəyəri  5.5 milyard dollara başa gəlir və gələcək nəsillərdə inkişaf perspektivi baxımından aparıcı yer tutur.
Marketinq avtomatlaşdırılması platformasının köməyilə elektron məktubların planlaşdırılması sadələşdirilir, sosial media postinqləri avtomatlaşdırılır, kontentiniz idarə olunur, marketinq “bacası”ndakı müştərilərinizin həyat dövriyyəsi izlənilir. Bu avtomatlaşdırılma trendi o cümlədən minimallığı təmin edən, fikir cəmləməyinizə yardım edən, maksimal gəlirliliyinizi təmin edən və bunlarla yanaşı keyfiyyəti də olduğu kimi dəyişmədən saxlayan uyğunluq artımını ön plana çəkir.   
Bu, marketinq menecerlərinin marketinq üzərində daha çox diqqətlərini cəmləməyə, öz komandalarının bacarıqlarına diqqət yetirmələrinə, oradakı boşluq və çatışmazlıqları görmələrinə  və maraqlı perspektivlərin, həmçinin ixtisaslaşmış rəhbərlərin köməyilə satışları artırmağa yardım edən güclü avtomatlaşma strategiyasını müəyyənləşdirməyə, ümumi satış dövrünü qısaltmağa kömək edəcəkdir.
  1. Geoəsaslı marketinq texnologiyası
Marketinq sahəsinin peşəkarları və marketoloqlar interaktiv təcrübəni necə yarada bilərlər? Onlar ilk növbədə geolokasiya üzrə istifadəçilərə hədəflənməlidirlər. iBeacons və RFIDs kimi geoəsaslı marketinq texnologiyası bunu mümkün edir. iBeacons - riteyl mağazalarındakı korpuslarda, satış məntəqələrinin displeylərində və digər satış nöqtələrində yerləşən yaxındakı cihazları aşkarlamağa kömək edən Bluetooth Low Energy (BLE) texnologiyasından istifadə edən - kiçik və ucuz ötürücülərdir.  
Radiotezlik identifikasiyası (RFID) isə həmin tag üçün unikal identifikatoru təmin edən tərkibində mikrosxem və antenna olan kiçik elektron qurğudur. RFID bilərzikləri, kart və tətbiqləri hadisə istifadəçilərinə bir-birilə yeni və cəlbedici üsullarla qarşılıqlı ünsiyyətdə olmağa kömək edir. Hadisə (tədbir) təşkilatçıları ziyarətçilərə imkan verə bilər ki, onlar təcrübəni öz dostları ilə onlayn şəkildə asanlıqla bölüşə və mübadilə edə bilsin. Brendlər satışları sosial mediada paylaşım etməklə, şəkil bölüşməklə və ya bəyənmək yolu ilə artıra bilərlər.  
Bütün bunlar marketinq mütəxəssisinin yerləşmə yeri və imkanlarına, o cümlədən təbii ki, onun real vaxt rejimində bu imkanlardan maksimal istifadəsinə bağlıdır.
  1. Virtual reallıq  
Oculus Rift kimi virtual reallıq texnologiyası heç şübhəsiz 2016-cı ildə marketoloqların istehlakçıları cəlb etmə üsuluna böyük təsir edən texnologiyalardan birinə çevriləcəkdir. Marketinqin ən böyük açarlarından biri, xüsusilə də milenyum nəsli üçün, personalizasiyadır. Hekayələri 360 dərəcə altında danışmaq imkanı şirkətlərə əvvəllər heç vaxt olmadığı kimi daha çox müştəri cəlb etmək şansı verəcəkdir.
Öz müştəriləri üçün virtual reallıq sistemindən istifadə etməyən şirkətlərin (məsələn, pərakəndə satış həyata keçirən şirkətlərin) satışları azalacaqdır. 2016-cı ildə VR-ın tətbiqi təbii ki, özü ilə marketinq ideologiyasında dəyişikliklərə gətirib çıxaracaqdır. “Marketinqə yeni baxış”ın şirkətiniz üçün nələr edə biləcəyini anlamaqdan ötrü bu konsepsiyadan istifadə etməyiniz məsləhət görülür.
  1. Efemer marketinq
Snapchat artıq “standart marketinq platforması” predmetinə çevrilməyə başlamışdır. Qarşıdan gələn il marketoloqlara daha da aydın olacaqdır ki, “Snapchat”ın sadəcə əyləncəli marketinq eksperimentləri aləti deyil, o, həmçinin real vaxt rejimində sosial medianı sınaqdan keçirən istifadəçilərin güclü axın etdiyi bir platformadır.
Snapchat insanların bir-birilə əlaqədə olduqlarını hiss etdirən unikal bir platformadır. Snapchat vasitəsilə reklam platformada əksini tapan və görülməməsi mümkün olmayan bir məhsula çevrilir.  
  1. Köhnə axtarış sistemlərinin axtarışı
Labüddür ki, axtarış sxeminin işlənib hazırlanması üzərində çalışan Facebook çox az ehtimalla Google, Bing və Yahoo kimi axtarış sistemi nəhəngləri ilə ayaqlaşa və ya onlardan üstün ola bilsin. Bu, sadəcə mümkün deyildir. Axtarış imkanları sosial mediada inkişaf etdiyi halda, brendlər satışlarını avtomatik şəkildə yaxşılaşdıra biləcəklər.
Bu təkmilləşdirilmiş axtarış sisteminin imkanları, inteqrasiya edilmiş ödəmə metodları və sosial təsir sayəsində istehlakçılar ödənişlərini edə, öz dostları ilə aldıqları məhsul barədə çatlaşa və yeni aldıqları əmtəə barəsində məlumatı sosial şəbəkədə paylaşa biləcəklər. Bu da elektron ticarətdə sosial təcrübəni gücləndirib genişləndirəcəkdir. Siz də “hamısı-birində” “almaq-və-paylaşmaq” sosial media axtarış sistemini təmin etməklə bağlı marketinq səylərinizi artırsanız, o zaman brendinizin gəlir əldə edəcəyinə şahid olacaqsınız. Alış-veriş prosesini sadələşdirmək önəmlidir, lakin daha da önəmli həmin prosesi gözəl bir təcrübəyə çevirməkdir.
  1. İnternet resurs istifadəçisinin öyrənilməsi (IoT)
Bu texnologiya istifadəçi hərəkətinin 28%-i ilə tanış olmaq imkanı verir. Bu cür məlumatlar insanların gündəlik vərdişlərindən alınır və təhlil edilir.  Bəlkə bunun mənası hər hərəkətində əsaslandıqları hədəf qrupu insanlarının imkanlarına bağlı elanların yaradılması ola bilər. Marketoloqlar üçün bu o deməkdir ki, sizin məlumatlarınız daha çox vərdişlərinizlə əlaqədar idarə olunan olacaqdır.   
Bu texnologiya marketoloqlara imkan verəcək ki, daha çox müştərini cəlb edə bilsinlər. Göründüyü kimi bu tipli məlumatlar marketinq nöqteyi-nəzərindən 2016-cı il boyunca daha aktual olacaqdır.
Yuxarıda sadalanan bu 7 trend marketinq planlarınızda önəmli elementlərdən olmalıdır. Bu trendlərdən siz daha keyfiyyətli personal seçimi etmək, o cümlədən büdcənizi rasional şəkildə düzgün və səmərəli bölüşdürmək məqsədilə istifadə edə bilərsiniz.
Görək, marketinq sahəsində 2017-ci ilin aktual yenilikləri hansılar olacaqdır.
http://blog.hubspot.com/

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin