Haqqımızda

Fed.az saytına xoş gəlmişsiniz!

Fed.az sadəcə xəbərlər saytı olmaqla kifayətlənməyərək eyni zamanda öz səhifəsində çoxsaylı resursları cəmləyibdir. Bu saytda siz dünyada və ölkədə baş verən maliyyə, iqtisadiyyat və inkişaf ilə bağlı xəbərləri izləyə, faydalı resurslarla tanış ola bilərsiniz.  

Fed.az bütün dünyada və ölkəmizdə baş verən hadisələrin gündəlik monitorinqini əks etdirir. Xəbərlərlə yanaşı, saytda həmçinin iqtisadiyyat, biznes, sosial və digər maraqlı sahələrlə bağlı faydalı məlumatlar öz əksini tapmışdır. Burada siz həmçinin sosial mediaya həsr olunmuş ayrıca rubrika ilə də tanış ola bilərsiniz.

Həmin rubrika sosial şəbəkələrdəki və Bakıdakı həyatı əks etdirir. Saytdan maksimal dərəcədə əhəmiyyətli şəkildə istifadə edə bilməniz üçün maraqlı ədəbiyyat, məqalələr, hesabat və təhlillər, eləcə də müxtəlif faydalı mənbələrə istinadlar ilə bağlı bölmələr də vardır və siz onlardan təlim-tədris, eləcə də təhsil məqsədləri üçün istifadə edə bilərsiniz.

Redaksiyamız qarşısında saytın yaradılması ilə bağlı qoyulan əsas məqsəd aşağıdakılardan ibarətdir:
 
  • həyatın müxtəlif aspektləri barədə insanların maksimal dərəcədə məlumatlandırılması,
  • resurslardan istifadənin asanlığı və rahatlığı
  • həmçinin dünyada və ələlxüsus Azərbaycanda maliyyə-iqtisadiyyat və biznes sahələrində baş verən hadisələrə xüsusi diqqətin ayrılmasıdır.
 
Saytın adı “Finance, Economics, Development”, yəni Maliyyə, İqtisadiyyat və İnkişaf kimi açıqlanır.

Bundan əlavə, saytın hədəf auditoriyasına müxtəlif yaş qruplarından olan, xüsusilə biznes, iqtisadiyyat və maliyyə analitikası ilə maraqlanan insanlar daxildir. Eləcə də saytın hədəf auditoriyası Bakıda interaktiv şəkildə baş verənlərlə bağlı fəal surətdə maraqlanan 18 yaş və daha yuxarı yaş qrupuna daxil olan gənc insanları əhatə edir.

Saytın məzmunu ilə bağlı hər hansı sual və ya təklifiniz yaranarsa, bunu bizimlə bölüşməyinizdən məmnun olardıq. Bununla bağlı saytımızda yaradılan Əks Əlaqə formasından istifadə edə bilərsiniz.
 
Bizimlə olduğunuz üçün sizə minnətdarıq!
 
Hörmətlə,
FinanceEconomicsDevelopment Redaksiyası

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin

Sosial media