“Şüvəlan” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 20 aprel 2020-ci il saat 11.00-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində keçiriləcəkdir.
FED.az xəbər verir ki, iclasın gündəliyinə səhmdar cəmiyyətin 2019-cu il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə idarə heyətinin hesabatı, müşahidə şurası (direktorlar şurası), icra orqanı və təftiş komissiyasının formalaşdırılması və digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu - (055) 457 51 95.