Xəbər verildiyi kimi, Dövlət Gömrük Komitəsi ekoloji səbəbləri əsas tutaraq istehsal dövründən sonra 7 ildən artıq vaxt keçmiş avtomobillərin ölkəyə gətirilməsinə məhdudiyyətin qoyulmasını təklif edib.
FED.az xəbər verir ki, indiyədək olan praktikanı nəzərə aldıqda, həmin təklifin qəbul ediləcəyi şübhəsizdir.
Avtomobil biznesi sahəsində ekspert, Rəşad Quliyev bu təklif, eləcə də ölkənin sərzədlərində avtomobillərlə bağlı yenilikləri FED.az-a şərh edib. Ekspert bildirir ki, tətbiq ediləcək dəyişikliklər səbəbindən Azərbaycanda avtomobillərin yenidən bahalaşacağı şübhəsizdir.
Ölkəyə idxal olunan avtomobillərə qoyulan istehsal ili məhdudiyyəti gözlənilən bir addım idi və artıq bununla bağlı DGK tərəfindən hökümətə təkliflər planı hazırlanaraq təqdim edilibdir.
Bəs bunun yaxşı və ya pis tərəfləri nədir?
Eləcə də bax:Dövlət Gömrük Komitəsi: Hibrid avtomobillər - RÜSUMDAN AZAD EDİLMƏYƏCƏK
Bildiyiniz kimi Avropa ölkələrinin bir çoxu artıq benzin və dizel mühərriki ilə işləyən avtomobillərlə vidalaşmaq üzrədir hətta onların istismarına qadağalar qoyulur. Avtomobil sənayesi elektrik mühərrikə keçid edir. Təbii ki Azərbaycan da İEÖ kimi Avropaya inteqrasiya edərək, ilk öncə ekoloji tarazlıq və insanların sağlamlığı nəzərə alınaraq istismar müddəti başa çatmış, köhnə avtomobil parkını yeniləmək istəyir.
Bunun isə başlıca yolu köhnə avtomobillərin ölkəyə girişinə məhdudiyyətlərin qoyulmasıdır.
Təklif edilən yeni plana əsasən istehsal ili 2013dən aşağı olan avtomobillər ölkəyə buraxılmayacaq. Hal-hazırda isə bu qanun avro4 standartı və 2005ci il ilə tənzimlənir. Avtomobil parkının gəncləşməsi, yenilənməsi ürəkaçan olsa da, bazarda yaranacaq süni qiymət artımına heç bir şübhə yoxdur.
Nəzərə alırıq ki hal-hazırda avro4 standartı tələbinə görə ölkəyə idxalına qadağa qoyulan 1998-2004 model avtomobillərin bazar qiyməti öncəki qiymətlərindən 4-5 dəfə yüksəkdir.
Eləcə də bax:Rusiya gələn ildən ucuz elektromobil buraxır - QİYMƏT
Məsələn, vaxtı ilə 7-8000 manata olan Mercedes E klass 2000 ci il model kimi bir avtomobilin qiyməti hal-hazırda bazarda komplektasiya və texniki vəziyyətindən asılı olaraq 15-18.000 manat arası dəyişir. Təbii ki bu da süni qiymət artımıdır. Çünki o modellər artıq idxal oluna bilməz.
Nəticə etibarı ilə yeni plan təsdiqləndiyi halda istehsal ili 2013ə qədər olan avtomobillərin bazarda kəskin şəkildə qiymət artımına və alıcı tələbinə məruz qalacağı qaçılmazdır. Kifayət qədər vəsaiti olmayan bir vətəndaşın isə avtomobil sahibi olmaq arzusu da beləliklə ürəyində qalır.
DGK sədri Səfər Mehdiyev gömrük strukturumuzun Avropa gömrük strukturuna uyğunlaşdırıldığını bildirsə də, təəssüfki mövcud problemlər bunun əksini deyir.
Eləcə də bax:Bakıda satılan avtomat sürət qutulu - ƏN UCUZ AVTOMOBİLLƏR – QİYMƏTLƏR
Gömrük əməkdaşı heç bir halda idxal olunan 2ci əl avtomobilə təqdim edilən "invoys" dəyərini tətbiq etmir. Bura da günah həm gömrük əməkdaşında həm də alıcıdadır. Təbii ki, təqdim edilən "invoys" aşağı yazıla bilər və gömrük əməkdaşında şübhə doğuran məqam onun yenidən bazar qiymətinə uyğun dəyər təyin edilməsinə gətirib çıxara bilər.
Lakin bəzi hallarda biz iş adamları o kimi işbazların "güdazına" gedirik. Əlimizdə rəsmi müqavilə, hesab faktura və ya proforma, daşınma xərcini təsdiq edən sənəd, ödəniş tapşırığı olsa da belə, gömrük əməkdaşı onu qəbul etmir və digərlərinə tətbiq olunan qayda bizə də tətbiq edilir.
Bu isə sistemimizin heç bir avropa gömrük strukturuna uyğunlaşmamasına dəlalət edir. Bundan savayı bildirmək istəyirəm ki, xarici nömrəli avtomobillərin ölkəyə girişinə dair qanuna heç bir dəyişiklik edilməyib.
Sadəcə nəzarət edici qurum bu hallarla artıq hər gün üzləşdiyinə görə mexanizm ciddi nəzarətə götürülərək elektronlaşdırılıb. Bəzi işbazlar qonşu ölkə olan gürcüstan qeydiyyatlı avtomobillər ilə ölkəyə giriş edərək, gömrük və vergi rüsumlarından yayınaraq şəxsi və ya kommersiya məqsədi ilə nəqliyyat vasitələrini istismar edir və qanunla nəzərdə tutulmuş vaxtı bitdikdə isə bir dəfə giriş-çıxış edərək yenidən o vaxtı uzadırlar. Fəaliyyət sahəmizdən biri də turizm olduğu üçün biz artıq bir neçə ildir bunu hiss edirik.
Eləcə də bax:Azərbaycanda satılan ən bahalı və ən ucuz avtomobillər - SİYAHI, QİYMƏTLƏR
Belə ki, Gürcüstan nömrəli avtomobil sahibləri müvəqqəti idxaldan istifadə edərək nəqliyyat vasitələrini kommersiya məqsədi ilə istifadə edərək, xaricdən gələn qonaqlara çox aşağı qiymətlə transfer xidməti göstərir. Buna səbəb isə onların bu xidmətdən qanunsuz istifadə etməsi, heç bir lisenziya və ya fərqlənmə nişanı almamasıdır.
Bu kimi halların qarşısını almaq məqsədi ilə artıq müvəqqəti idxal olunan avtomobilin ban mömrəsi, idxalcının fin kodu və s məlumatları eıektronlaşdırılaraq sistemə yazılır və qısa müddət ərzində yenidən ikinci dəfə ölkəyə giriş etmək istədikdə məhdudiyyət ilə üzləşir. Yeni gömrük qanununun isə hökümət tərəfindən təsdiq edildiyi halda 1yanvar 2020-ci ildən etibarən tətbiq ediləcəyi istisna edilmir.